Mətnin birgə yazılışı
Mətnin əvvəlinin və sonunun markerləşdirilməsi
OBASTAN VİKİ
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Gölün marfometrik əlamətləri
Gölün marfometrik əlamətləri– göl çalası və su kütləsinin ölçü kəmiyyətləri. Əsas morfometrik elementlərə aiddir: su səthinin sahəsi, su kütləsinin həcmi, maksimal və orta dərinliyi, uzunluğu, orta və maksimal eni, dibin meylliyi və s. morfohidroloji göstəricilərə aiddir: uzunluq əmsalı, həcm əmsalı, nisbi dərinlik, su səthinin açıqlıq əmsalı və s.Gölün marfometrik əlamətləri geoloji inkişaf mərhələsi ilə qismən dəyişir.